Avtobuslarda gediş haqqı artırılıb? - RƏSMİ AÇIQLAMA

Avtobuslarda gediş haqqı artırılıb? - RƏSMİ AÇIQLAMA


Bakıda şəhərdaxili marşrut avtobuslarında gediş haqlarının artırılacağı ilə bağlı məlumatlar yayılır.

TTVXEBER.COM xəbər verir ki, məsələ ilə bağlı Trendə açıqlama verən Bakı Nəqliyyat Agentliyinin Mətbuat katibi Mais Ağayev yayılan məlumatları təkzib edib.

O bildirib ki, bununla bağlı təmsil etdiyi qurum heç bir müraciət etməyib: “İctimai nəqliyyatda gediş haqlarının tənzimlənməsi Bakı Nəqliyyat Agentliyinin səlahiyyətində deyil. Bu məsələlər Tarif Şurasının səlahiyyətindədir. Bakı Nəqliyyat Agentliyi məsələ ilə bağlı Tarif Şurasına heç bir müraciət etməyib”.

Xatırladaq ki, sonuncu dəfə Tarif Şurası 2018-ci ildə ictimai nəqliyyatda gediş haqlarının tənzimlənməsi ilə bağlı qərar verib. Qərara əsasən, Bakıda ictimai nəqliyyatda gediş haqları 20 qəpikdən 30 qəpiyə qaldırılıb.

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA