"Bayraktar" yenidən meydanda: Separatçılara "QAN UDDURUR"

"Bayraktar" yenidən meydanda: Separatçılara "QAN UDDURUR"


Ukrayna ordusunun “Bayraktar TB2” pilotsuz zərbə təyyarəsi yenidən Donbass separatçılarının mövqeləri üzərində görünüb.

TTVXEBER.COM xəbər telegram kanallarına istinadən xəbər verir ki, səhər saatlarından etibarən PUA Donbass üzərində “asılıb”.

Xatırladaq ki, oktyabrın 26-da Ukrayna ordusu ilk dəfə separatçılara qarşı “Bayrakar TB2”ni tətbiq edib. PUA-dan atılan MAM-C lazer başlıqlı döyüş sursatı D-30 qaubitsasını vurub. Bu fakt separatçılar arasında ciddi təşviş yaradıb.

PUA separatçıların nəzarətində olan ərazilərin 15 kilometr içərilərinə daxil olub və 5 kilometr hündürlükdən zərbə endirib. Separatçılar bildirirlər ki, onların sərəncamında “Bayraktar”ları vurmaq üçün heç bir vasitə yoxdur. 
KONKRET.az

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA