Ekspertdən qaz və işığın qiyməti ilə bağlı ŞƏRH

Ekspertdən qaz və işığın qiyməti ilə bağlı ŞƏRH


Ekspert İlham Şaban təbii qazın və elektrik enerjisinin tariflərinin dəyişdirilməsi qərarını şərh edib.

TTVXEBER.COM xəbər verir ki, ekspert oxu.az-a bildirib ki, SOCAR öz illik hesabatlarında 2016-cı ildən başlayaraq hər il qazın maya dəyərinin daxili bazardakı satış qiymətlərindən aşağıdır.

“Düzdür, bu göstəricilər hər il dəyişsə də, amma qazın daxili bazarda rentabelliyi əldə edilməyib. Çünki qiymətlər dövlət tərəfindən tənzimlənir”, - deyə İlham Şaban əlavə edib.

Onun sözlərinə əsasən, Azərbaycan bazarında qazın ən böyük istehlakçısı elektroenergetika sektorudur.

“Ona görə də “Azərkontrakt” qiyməti artırdığı təqdirdə elektrik enerjisinin satış qiymətinin artımı başa düşüləndir. Təbii qazın hasilatı və satışı prosesində dövlət üçün yaranan zərərin aradan qaldırılması istiqamətində addım atılır. Enerji təchizatı sahəsinin dövlət büdcəsindən asılılığı, subsidiyalaşdırılma azalır”.

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA