Tehranın cənubunda Herəndi adlanan məhəllədən “bədnam narkoman” qadınların məhəllələrdən toplanaraq sağlamlıqlarının bərpası üçün Narkoloji Mərkəzə göndərilməsi layihəsinə start verilib. Bunu İranın Tehran şəhər bələdiyyə sədrinin ictimai məsələlər üzrə müavini Meysəm Emrudi deyib.
TTVXEBER.COM xəbər verir ki, bu barədə İranın İRNA agentliyi məlumat yayıb.
M.Emrudi bildirib ki, bu layihə Tehran əyalət başçısı və prokurorluğun göstərişi əsasında həyata keçirilir: “Narkoman qadınlar evli, subay və yaşlarına görə müxtəlif qruplara bölünəcək və narkoloji mərkəzlərə göndəriləcəklər.”
O deyib ki, narkoman qadınların müalicəsi ilə üçün psixoloq, psixiatr və sosial xidmət işçilərindən ibarət mütəxəssislər məşğul olacaqlar.
Qeyd edək ki, Tehranın əyalət başçısı Hüseyn Haşimi bir ay öncə bildirmişdi ki,”bədnam nakoman” qadınların küçələrdən toplanması layihəsini polis, bələdiyyə, Tehranın tibb universiteti və İranın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (Behzisti təşkilatı) tərəfindən birgə həyata keçiriləcək.
Qeyd edək ki, “bədnam narkoman” qadınlar İranda parklarda və küçələrdə üzərində yatan narkoman xanımlara deyirlər. Bir müddət öncə Tehranın Herəndi məhəlləsinin sakinləri etiraz aksiyası keçirərək narkomanların məhəllədə insanların gündəlik yaşayışına problemlər yaratmasından şikayətlənmişdilər.
Xatırladaq ki, İranın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (Behzisti təşkilatı) məlumatına görə, ölkədə narkotik maddələrdən istifadə edən qadınların sayı 4 faizdən 10 faizə qədər artıb. Ölkədə 1 milyon 300 min nəfər narkotik maddə istifadəçisi var. “
Qeyd edək ki, hazırda İran həbsxanalarında olan şəxslərin 50 faizi narkotik maddələrin istifadəsi və qaçaqmalçılığında ittiham edilərək saxlanılır. Bu rəqəm İranın bəzi əyalətlərində 65 faiz təşkil edir. Femida.az
|
|
SAYTDA REKLAM YERLƏŞDİR
|
|