İranın xəbər kanalından Azərbaycan haqqında QƏRƏZLİ İNFORMASİYA - FOTO

İranın xəbər kanalından Azərbaycan haqqında QƏRƏZLİ İNFORMASİYA - FOTO


Iran sönmək bilmir, Azərbaycana qarşı nifrətini eybəcər karikaturalarla, yanlış informasiyalarla çatdırır.

TTVXEBER.COM xəbər verir ki, bu gün Ermənistan və İrana bağlı “Miran Press” xəbər kanalı Azərbaycanla bağlı bilərəkdən qərəzli və yanlış informasiyalarla dolu xəritə paylaşıb.
Xəritədə Azərbaycanın adı “Fake Republic of Baku” (Saxta Bakı Respublikası) kimi qeyd edilib, separatçıların yaşadığı Azərbaycan ərazisi isə “Arsax” kimi qeyd olunub.

Xəritənin aşağı hissəsində isə İran, Ermənistan, sonda isə Azərbaycan yazılıb, lakin Azərbaycan sözünün qarşısına FR hərfləri də artırılıb. Bu isə FRAzərbaycan, yəni saxta Azərbaycan respublikası deməkdir.

Bu qədər kin, nifrət hardandır islam dövlətində, müsəlman ölkəsində? İrandan hələ hansı “sürpriz”lər olacaq görəsən?!

Həmin xəritəni təqdim edirik:




SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA