İrəvanda qapalı müzakirə: Generallar çağrıldı - “Azərbaycan sərhədləri...”

İrəvanda qapalı müzakirə: Generallar çağrıldı - “Azərbaycan sərhədləri...”


Ermənistan parlamenti sabah Azərbaycanla sərhəddəki vəziyyət və demarkasiya məsələləri ilə bağlı qapalı dinləmələr keçirəcək.

TTVXEBER.COM xəbər verir ki, dinləmələrdə Ermənistan baş qərargah rəisinin müavini general Kamo Koçunts və Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının komandanı generallar Armen Maralçyan da iştirak edəcək.

Şiə alimindən ŞOK AÇIQLAMA: İRANI AĞ YUDU QARA SƏRDİ - VİDEO

Parlamentin iclasında çıxış edən vitse-spiker Ruben Rubinyan bildirib ki, deputatların ən azı beşdə biri ictimai rezonans doğuran mövzu ətrafında müzakirələrin aparılmasını təklif edib.

“Hayastan” fraksiyasının rəhbəri Artsvik Minasyan Xarici işlər naziri Ararat Mirzoyanın iclasda iştirak edib-etməyəcəyi ilə maraqlanıb. Rubinyan cavabında müxalifətin təklifini hökumətə çatdırdığını deyib və onu bu dinləmələrə göndərmək qərarı verdiyini söyləyib./
teleqraf/

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA