"İsrail İrana hücum üçün geri sayıma başladı" - Kohen

"İsrail İrana hücum üçün geri sayıma başladı" - Kohen


“İsrail İrana hücum üçün geri sayıma başlayıb”.


TTVXEBER.COM İsrail mediasına istinadla xəbər verir ki, bu sözləri İsrailli şərqşünas, jurnalist və Strateji Araşdırmalar Mərkəzinin əməkdaşı Edi Kohen deyib. Həmçinin, “Times of İsrael” nəşri iddia edir ki, İsrail Hərbi Hava Qüvvələrinin gələn ilin əvvəlindən İranın nüvə obyektlərinə zərbə endirmək üçün təlimlərə başlayacaq.

İsrail Hərbi Hava Qüvvələrinin “İrana hücum” təlim planının təfərrüatları:

“Nüvə obyektlərinə hücum planlarının bir hissəsi tezliklə hazırlanacaq”.

“The Times of Israel” qəzetinin əldə etdiyi bir sıra məlumatlar göstərir ki, İsrail Hərbi Hava Qüvvələrin “İranın atom təsisatlarına hücum” təlim proqramı gələn ilin əvvəlindən başlayacaq və missiyanın maliyyələşməsi və yenilənməsinə dair təlim planı artıq müəyyən edilib.
TARİXİ AN: ƏRDOĞANIN TƏYYARƏSİ FİZULİ BEYNƏLXALQ HAVA LİMANINA ENDİ - ERMƏNİSTAN ŞOKDA - VİDEO
 Atom mərkəzlərinə hücum planlarının bir hissəsi tezliklə hazırlanacaq, bəzi digər planların hazırlanması isə bir il çəkəcək. Hesabatda əlavə olunur ki, Suriyada İran İslam Cumhuriyyətinin dəstəklədiyi silahlı qruplaşmalara qarşı hücumlar çətinləşib.

İsrail Müdafiə Nazirliyi son aylarda atom razılaşmasının canlandırılmasına dair danışıqların dayandırılmasını nəzərə alaraq, İranın atom mərkəzlərinə qarşı etibarlı hərbi təhdidə hazırlaşmaq qərarına gəlib. konkret.az

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA