SON DƏQİQƏ! İsrailli nazir: “İranla toqquşma an məsələsidir və bu an çox uzaq deyil”

SON DƏQİQƏ! İsrailli nazir: “İranla toqquşma an məsələsidir və bu an çox uzaq deyil”


İsrailin maliyyə naziri Aviqdor Liberman ölkəsilə İran arasında olan qarşıdurmanı dəyərləndirib.

O, açıqlamasında İsraillə İran arasında toqquşmanın hər an baş verə biləcəyini bildirib.

Nazirin sözlərinə görə, İranla nüvə sazişi üzrə aparılan danışıqlar əhəmiyyətsizdir və heç bir razılaşma ölkənin nüvə proqramını dayandıra bilməz.

Qeyd edək ki, bu yaxınlarda yayılan xəbərlərə görə, İsraildə İranın nüvə obyektlərinə hücum imkanlarının artırılması üçün 1.5 milyard dollarlıq yeni fond yaradılıb.

Mənbə: “Walla News”

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA