Putinlə görüşdə Paşinyan nəyi xahiş edəcək? – Korotçenko detalları açıqladı

Putinlə görüşdə Paşinyan nəyi xahiş edəcək? – Korotçenko detalları açıqladı


Putinlə görüşdə Paşinyan qaz, güzəştli kreditlər və silah təchizatında (əslində pulsuz) endirimlər istəyəcək.

TTVXEBER.COM xəbər verir ki, bu fikirləri özünün Telegram kanalında rusiyalı politoloq İqor Korotçenko yazıb.

Onun sözlərinə görə, Paşinyan "erməni və rus xalqları arasında əbədi dostluğa" zəmanət verəcək:

“Əslində, Putin sərt mövqe tutmalıdır: gülümsəyərək Paşinyanı Ermənistan şabalıdını Rusiyaya gətirməyə məcbur etməlidir. Pulu yoxdursa, qoy Ermənistan bu işi başqa şeylə həll etsin:

Krımı rəsmi olaraq Rusiyanın ərazisi kimi tanısın, Soros QHT-lərini bağlasın və ABŞ-ın İrəvandakı səfirliyinin personalını yarıbayarı azaltsın.

Qoy rus silahlarının tədarükü üçün erməni milyarderləri və dünyanın erməni diasporu pul ödəsin”. 
BizimMedia

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA