Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Cozef Bayden ilə Qarabağ məsələsini müzakirə edəcək.
TTVXEBER.COM xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın “Milliyet” qəzetinə müsahibəsində bildirib.
Mətbuat katibi R.T.Ərdoğanla C.Baydenin “G-20” liderlərinin oktyabrın 30-31-də Romada keçiriləcək zirvə toplantısı çərçivəsində baş tutacaq görüşündə siyasi, iqtisadi, energetika, təhlükəsizlik, terrora qarşı mübarizə, ticarət, müdafiə sənayesi, Əfqanıstan, Suriya, İraq, Qarabağ, Qafqaz, Liviya, Aralıq dənizi və digər məsələlərin müzakirə olunacağını bildirib.
|
|
SAYTDA REKLAM YERLƏŞDİR
|
|