Rusiya generalı İrəvandadır: Xəritə gətirib?

Rusiya generalı İrəvandadır: Xəritə gətirib?


Rusiya Baş Qərargah rəisinin müavini, general-polkovnik Sergey İstrakov İrəvanda səfərdədir.

TTVXEBER.COM xəbər verir ki, S.İstrakov bu gün Ermənistan baş naziri Nikol Paşinyanla görüşüb.

Rəsmi məlumata görə, görüşdə Ermənistan və Rusiya arasında hərbi-texniki əməkdaşlıq, eyni zamanda regiondakı mövcud hərbi-siyasi situasiya barədə fikir mübadiləsi aparıldığı bildirilib.

Qeyri-rəsmi olaraq isə bu görüşün əsas hədəfinin sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı olduğu iddiasını irəli sürmək mümkündür.

Qeyd edək ki, Rusiya lideri Vladimir Putin Valday diskussiya klubunda (21 oktyabr) çıxışı zamanı Azərbaycan və Ermənistan sərhədlərinin dəqiq xəritələrinin məhz Rusiya Baş Qərargahında saxlanıldığını bildirmişdi. Bunun ardınca Rusiya Baş Qərargah rəisinin müavininin İrəvana səfəri zamanı bu xəritələri apardığı və müzakirələrin də bu istiqamətdə olması mümkündür.

Onu da xatırladaq ki, 9 noyabrda Moskvada 3 ölkə liderinin görüşü gözlənilir. Görüşdə sərhədlərin demarkasiyası ilə bağlı hansısa ilkin sənədin imzalanacağı haqda politoloqlar ehtimallar irəli sürürlər.
axar.az

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA