SON DƏQİQƏ! Hərbi Hava Qüvvələri hər an hazır vəziyyətdədir - Ramiz Tahirov

SON DƏQİQƏ! Hərbi Hava Qüvvələri hər an hazır vəziyyətdədir - Ramiz Tahirov


Ümumiyyətlə, ordunun döyüş imkanları daim yüksək olmalıdır. Bütün qoşun növlərində döyüş hazırlığının yüksək səviyyədə olması vacibdir.

TTVXEBER.COM xəbər verir ki, bunu report-a müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Ramiz Tahirov deyib.

Hərbi Hava Qüvvələrinin hazırkı döyüş imkanlarından danışan komandan bildirib:

“Hərbi Hava Qüvvələri gündəlik döyüş növbətçiliyi aparır və ölkəmizin hava məkanını qoruyur. Qüvvələrimiz hər hansı düşmən tərəfindən təxribatın və fəaliyyətin qarşısının alınması üçün hər an hazır vəziyyətdədir. Bu, həm təyyarələrimizə, həm də Hava Hücumundan Müdafiə Qoşunlarımıza aiddir”.

Nazir müavini qeyd edib ki, döyüş hazırlığı planına əsasən, HHQ-də hər gün tədbirlər keçirilir.

R.Tahirov döyüş hazırlıqlarının davam etdirildiyini vurğulayıb.

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA