Tanınmış meyxanaçı HƏBS EDİLDİ - Narkotik vasitələrin satışı ilə məşğul... RƏSMİ

Tanınmış meyxanaçı HƏBS EDİLDİ - Narkotik vasitələrin satışı ilə məşğul... RƏSMİ


Daxili İşlər Nazirliyi (DİN) meyxanaçı Cavid Babaşovun (Cavid Sumqayıtlı) saxlanılmasına münasibət bildirib.

TTVXEBER.COM xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən bildirilib ki, Sumqayıt şəhər sakini Cavid Babaşov narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilindiyi üçün 15 may 2021-il tarixində Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edilib ki, meyxanaçının üzərinə baxış keçirilən zaman 206 qram narkotik vasitə heroin və elektron tərəzi aşkar edilib: “Cavid Babaşova Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda törədildikdə) maddəsi ilə ittiham elan edilib və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda həmin şəxs barəsində istintaq araşdırmaları sona çatıb və iş baxılması üçün məhkəməyə göndərilib”.

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA