Yol polisimiz erməni sürücüyə cərimə yazıb?

Yol polisimiz erməni sürücüyə cərimə yazıb?


Erməni mediası Gorus-Qafan magistralında insidentin baş verdiyi barədə xəbər yayıb.

TTVXEBER.COM-un məlumatına görə, bildirilir ki, Azərbaycanın yol polisi erməni sürücüdən inzibati xətaya əsaslanaraq, cərimə yazıb.

“Ermənistan vətəndaşları cərimələri Azərbaycan Baş Dövlət Yol Polisi İdarəsinin saytında onlayn olaraq ödəyə bilərlər”, xəbərdə deyilir. Əlavə olunur ki, Ermənistan vətəndaşları cəriməni ödəmədiyi halda, avtomobili magistralda saxlanılacaq və cərimə meydançasına aparılacaq.

Maraqlıdır ki, erməni tərəf sürücüyə cərimənin hansı qayda pozuntusuna görə yazıldığını açıqlamayıb. Azərbaycanın rəsmi qurumları isə hələlik bu məlumatla əlaqədar hər hansı açıqlama verməyib.
Musavat.com

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA