Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənov Zəngilan rayonunda Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar ilə görüşüb.
TTVXEBER.COM xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
General-polkovnik Z.Həsənov həmkarı ilə azad edilmiş Zəngilanda görüşdən məmnun olduğunu qeyd edərək Vətən müharibəsində qardaş Türkiyənin göstərdiyi mənəvi dəstəyə görə öz minnətdarlığını ifadə edib.
TARİXİ AN: ƏRDOĞANIN TƏYYARƏSİ FİZULİ BEYNƏLXALQ HAVA LİMANINA ENDİ - ERMƏNİSTAN ŞOKDA- VİDEOMüdafiə naziri qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan tərəfdaşlığın bundan sonra da inkişaf etdiriləcəyinə və möhkəmlənəcəyinə əminliyini bildirib.
H.Akar da öz növbəsində belə bir tarixi görüşün əhəmiyyətini vurğulayaraq strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edib.
Şiə alimindən ŞOK AÇIQLAMA: İRANI AĞ YUDU QARA SƏRDİ - VİDEOGörüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri də müzakirə olunub.
|
|
SAYTDA REKLAM YERLƏŞDİR
|
|