Almaniyadan SOS: Bənzəri olmayan fövqəladə vəziyyət...

Almaniyadan SOS: Bənzəri olmayan fövqəladə vəziyyət...


Yeni növ koronavirus epidemiyası ilə bağlı ölkə indiyə qədər bənzərinin yaşanmadığı fövqəladə vəziyyətə doğru gedir.

TTVXEBER.COM xəbər verir ki, bunu Almaniya hökumətinin sözçüsü Şteffen Zaybert deyib.

"Xəstəxanalar sürətlə dolur. Çarpayılar və mövcud reanimasiya personalı azalır", - Zaybert söyləyib.

O qeyd edib ki, ağır COVİD-19 xəstələri məcburiyyətdən ucqar bölgələrə yerləşdirilir və təcili əməliyyatlar təxirə salınır.

Epidemiyada dördüncü dalğanın və virusun sürətlə yayılmasının qarşısının alınması üçün lazım olan hər şeyin edilməsi lazım olduğunu vurğulayan Zaybert təxminən 4 min COVİD-19 xəstəsinin reanimasiyada olduğunu və onların yarıdan çoxunun süni nəfəs aparatına yerləşdirildiyini vurğulayıb. /
axar.az

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA