AMEA-nın obyektində əxlaqsızlıq yuvası AŞKARLANDI – ŞOK HADİSƏ

AMEA-nın obyektində əxlaqsızlıq yuvası AŞKARLANDI – ŞOK HADİSƏ


Şamaxı rayon Məhkəməsində Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində fəaliyyət göstərən Rəsədxanasının ərazisində yerləşən “Kainat” otel-restoranının administratoru Kənan Mustafayev barəsində Cinayət Məcəlləsinin 244.1-ci (Fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi ilə açılmış iş üzrə məhkəmə prosesi başa çatıb.

TTVXEBER.COM xəbər verir ki, hakim Natiq İsmayəlovun sədrlyi ilə keçirilən prosesin yekununda Şamaxı rayonu Sis kənd sakini, 1991-ci il təvəllüdlü Kənan Mustafayev nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək aylıq qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilib.

Məhkəmədə məlum olub ki, Kənan AMEA-ya məxsus olan və rəsmi qaydada çalışdığı restoran-otelin koteclərindən birini fahişəkilə məşğul edilməsi üçün 1 gecəlik 150 manata icarəyə verib. Bu il 4 iyun tarixində polis əməkdaşları qeyd edilən obyektə əməliyyat keçiriblər və ikimərtəbəli kotecdə əxlaqsızlıq yuvasının təşkil edildiyini müəyyən ediliblər. Hadisə vaxtı otaqda çılpaq vəziyyətdə olan kişi ilə qadının kimlikləri müəyyənləşdirilib.
/publika.az/

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA