Avropa İttifaqına giriş qaydaları dəyişir

Avropa İttifaqına giriş qaydaları dəyişir


Yoluxmaların artması səbəbindən Avropa İttifaqına giriş qaydaları yaxın vaxtlarda dəyişdiriləcək.

TTVXEBER.COM-un xəbərinə görə, bu barədə İttifaqın Səhiyyə məsələləri üzrə komissarı Stella Kiriakides məlumat verib.

“Qış çox ağır olacaq. Dekabr və yanvarda xəstəxanaların üzərinə böyük yük düşəcək. Bir neçə gündən sonra Avropa İttifaqı sərhədlərini keçmək üçün qaydalar dəyişdiriləcək”, - deyə avrokomissar İspaniyanın “La Razon” qəzetinə müsahibəsində bildirib.

Kiriakidesin sözlərinə görə, infeksiyanın yayılmasının qarşısını almaq üçün vaksinasiya səviyyəsi aşağı olan ölkələr ciddi tədbirlər görməlidir.
apa.az

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA