Azərbaycan 2 erməni hərbçini niyə geri qaytardı? - AÇIQLAMA

Azərbaycan 2 erməni hərbçini niyə geri qaytardı? - AÇIQLAMA


Azərbaycan humanizm prinsiplərini növbəti dəfə əsas tutaraq noyabrın 26-da 2 erməni əsilli şəxsi Ermənistan tərəfinə təhvil verib. Milli Məclisin deputatı Fazil Mustafanın fikrincə, qalib dövlət bu tip jestləri etməklə müəyyən dərəcədə əks-auditoriyanın dəlillərini əlindən alır.

TTVXEBER.COM-un məlumatına görə, yenisabah.az-a açıqlamasında o deyib ki, Azərbaycan vaxtaşırı bu cür addımlar atır:

“Ermənistan tez-tez əsir, terrorçunun Azərbaycanda saxlanması, hərbi əsir adıyla geri qaytarılmasını gündəmə gətirir. Biz qalib dövlətik və qalib dövlət kimi bu tip jestləri etməklə müəyyən dərəcədə əks-auditoriyanın dəlillərini də əlindən alırıq. Əsas məsələ Azərbaycanın ərazi bütövlüyünün, sərhədlərinin tanınmasıdır. Bu addım kommunukasiyaların açılması ilə indekslənməlidir”.

Deputatın sözlərinə görə, erməni əsirlərin azad edilməsi Azərbaycanın mövqeyini möhkəmləndirir:

“Bu həm də Azərbaycanın xoşniyyətli davranışını göstərir. Əsirlərin azad edilməsi müəyyən məsələlər yekunlaşdıqda edilməlidir. Jestlər əksər hallarda müsbət təsirini göstərir”.

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA