Azərbaycan havaya dron qaldıracaqmı? - Polkovnikdən AÇIQLAMA

Azərbaycan havaya dron qaldıracaqmı? - Polkovnikdən AÇIQLAMA


Ermənistan-Azərbaycan sərhəddə baş verən təxribatlar səngimək bilmir. Anoloji durum bu gün də baş verib. Ermənistan Silahlı Qüvvələri bu gün Laçın istiqamətində mövqelərimizə hücum edərək, yenidən vəziyyəti gərginləşdiriblər. Erməni tərəfi ağır artilleriya və qumbaraatanlardan da istifadə edir.

Buna adekvat cavab olaraq Azərbaycan tərəfi yenidən PUA-lardan istifadə edə bilərmi?

TTVXEBER.COM xəbər verir ki, hərbi ekspert Şair Ramaldanov yenisabah.az-a bildirib ki, PUA-lardan istifadə edilib-edilməməsi qərarını yalnız hərbi rəhbərlik verə bilər.

“Vəziyyətə görə hər bir vasitədən istifadə olunacaq və qarşıya qoyulan hər bir tapşırığı yerinə yetirmək üçün əməliyyatlara hətta PUA-lar da cəlb oluna bilər. Ona görə də, istər dronlar, istərsə də hansısa digər texnika olsun, fərq etmir, ordumuz tapşırığı yetirmək üçün bütün vasitələrdən istifadə edəcək”, – deyə Ramaldanov vurğulayıb.

Ekspert əlavə edib: “Birincisi, müharibə qurtarmayıb, çünki atəşkəs müharibənin qurtarması demək deyil. İkincisi, Ermənistanla sülh müqaviləmiz yoxdur və biz hələ də müharibə şəraitindəyik, sadəcə aktiv faza deyil. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib və prinsipial olaraq dəfələrlə demişik ki, Ermənistan ərazisində gözümüz yoxdur. Cənab Prezident İlham Əliyevin də dediyi kimi, əgər Ermənistanın hərbi-siyasi rəhbərliyi təxribata əl atarsa və yaxud da revanşist qüvvələr orada baş qaldırarsa, Azərbaycan Silahlı Qüvvələri adekvat cavab verərək, dəmir yumruğunu işə sala bilər”.

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA