Azərbaycan Pakistandan bu qırıcıları ALMAQ İSTƏYİR

Azərbaycan Pakistandan bu qırıcıları ALMAQ İSTƏYİR


Azərbaycan Pakistandan “JF-17 Thunder” qırıcıları almaqda maraqlıdır.

TTVXEBER.COM “The Week”ə istinadən xəbər verir ki, bunu Azərbaycanın İslamabaddakı səfirliyinin hərbi attaşesi polkovnik Mehman Novruzov bildirib.


“Pakistandan “JF-17 Thunder” qırıcılarının alınması gündəlikdə duran ən əsas məsələdir”, – M.Novruzov deyib.

O əlavə edib ki, Azərbaycan Pakistan ilə öz hərbi-hava qüvvələrinin müasirləşdirilməsi üzərində çalışır və “Block 3” modifikasiyalı JF-17 qırıcısı almaq niyyətindədir: “Bu modifikasiyada kabinin elektronikası və radar sistemləri təkmilləşdirilmişdir”.

Xatırladaq ki, Pakistan İkinci Qarabağ müharibəsi zamanı Azərbaycana fəal dəstək verib. İki ölkə arasında müdafiə sahəsində fəal əməkdaşlıq mövcuddur.
konkret.az

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA