Azərbaycanda COVID-19-a qarşı peyvənd olunma, əks-göstəriş və sağalaraq immunitetə malik olmaya dair sertifikatlar təsdiqlənib.
TTVXEBER.COM xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar qəbul edib.
Qərara əsasən, “COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı, peyvəndləməyə əks-göstərişi, neqativ PZR test nəticəsini əks etdirən və COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikatların tanınması Qaydası” təsdiqlənib.
Eyni zamanda “Peyvənd Sertifikatı”, “Əks-göstəriş Sertifikatı”nın forması”, “COVID-19-RT-PZR Analiz Nəticəsi Sertifikatı”nın forması” və “İmmunitet Sertifikatı”nın forması” təsdiqlənib.
|
|
SAYTDA REKLAM YERLƏŞDİR
|
|