Çavuşoğlu: “Biz buna görə Rusiyanı ittiham etməmişik”

Çavuşoğlu: “Biz buna görə Rusiyanı ittiham etməmişik”


Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Rossiya 1” telekanalına müsahibə verib.

O, terrorizmlə mübarizə aparan Türkiyənin antiterror əməliyyatlarının gedişində fərqli ölkələr, o cümlədən də Rusiya istehsalı olan silahlarla qarşılaşdığını, lakin buna görə heç vaxt Rusiyanı ittiham etmədiklərini bəyan edib.

Çavuşoğlunun sözlərinə görə, Ukraynanın Türkiyədən aldığı “Bayraktar TB2” PUA-ları artıq Türkiyənin deyil, Ukraynanındır və burada istehsalçı ölkənin adının hallandırılması, bu silahların tətbiqinə görə onun ittiham edilməsi yersizdir.

Mənbə: TASS

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA