DƏHŞƏTLİ QƏTL - 55 yaşlı kişi ATASINI DİRİ-DİRİ BASDIRDI

DƏHŞƏTLİ QƏTL - 55 yaşlı kişi ATASINI DİRİ-DİRİ BASDIRDI


Rusiyanın Omsk vilayətinin İsilkul rayonunun 55 yaşlı sakini atasını vəhşicəsinə qətlə yetirib.


TTVXEBER.COM-un məlumatına görə, sərxoş kişi birgə yaşadığı 78 yaşındakı atası ilə mübahisə edib. Münaqişə zamanı oğlu yaşlı atasını itələyib. Bu zaman kişinin başı çarpayıya dəyib və o huşunu itirib. Bundan sonra həmin şəxs atasının başına və bədəninə çəkiclə zərbələr endirib.

Atasının hələ sağ olduğunu anlayan cinayətkar onu yorğanla büküb, kəndirlə bağlayıb və həyətə apararaq əvvəllər qazılmış çuxura atıb. Sonra isə onun üzərini torpaq və qarla örtüb

2-3 saatdan sonra yaşlı kişi ölüb.

Cinayətkar törətdiyi əməli qismən etiraf edib. Hazırda o həbs olunub.

İş baxılması üçün Omsk Vilayət Məhkəməsinə göndərilib.
Mənbə: Vesti.ru

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA