Elməddindən şok ETİRAF: "Məni öldürəcəkdilər..." - VİDEO

Elməddindən şok ETİRAF: "Məni öldürəcəkdilər..." - VİDEO


Aktyor Elməddin Cəfərov Azad Azərbaycan televiziyasında etirafı ilə hər kəsi təəccübləndirib.

TTVXEBER.COM xəbər verir ki, Elməddin Cəfərov gənclik illərində satıcılıq etdiyini deyib.

“Universitetdə təhsil aldığım vaxt atam xəstələndi, problem oldu, yaşam tərzimiz çox pis idi. Universitetdən gedib, satıcılıqla məşğul olurdum. Günü iki çörəyə işləyirdim. Bizim beş-altı mənzilimizin, hektarlarla torpaqlarımızın olduğu vaxt da olub. Bununla yanaşı çörəyə ehtiyacımız olan vaxtı da olub. Birinci kursda “kaşmir” palto, dördüncü kursda isə bazarda “şəpit” satırdım. Ən böyük travmam o idi ki, tələbə yoldaşlarım məni “şəpit” satan yerdə görməsinlər”, – Elməddin Cəfərov qeyd edib.

Aktyor külli miqdarda borcunun olduğunu da vurğulayıb: “Bir problemi düzəltmək istəyəndə daha böyük problemlə üzləşdim. Külli miqdarda borca düşdüm. Hər şeyin bitdiyi an gəldi. Amma “hər şey bitdi” dediyim anda gözəl olmağa başladı. Düşündüm ki, mən bacarmıram, batdım. Həmin günün axşamı hər şey düzəldi. Nəsə etməyimə ehtiyac olsaydı, onsuz da məni öldürəcəkdilər”.


SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA