Ermənilərin 4 milyardlıq texnikası məhv edilib - Yuşşenko

Ermənilərin 4 milyardlıq texnikası məhv edilib - Yuşşenko


Qarabağda ermənilərin 4 milyard dollardan artıq silah və texnikası məhv edilib. Bakıda Hərbi Qənimətlər Parkında məhv edilən hərbi texnikaları görə bilərsiniz.

TTVXEBER.COM xəbər verir ki, bunu Ukraynanın sabiq prezidenti Viktor Yuşşenko VIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Şərq tərəfdaşlığı: Potensialı nədir?” mövzusunda panel müzakirələri zaman deyib.

O qeyd edib ki, məhv edilən silah sursatın dəyəri 4 milyard dollardan artıqdır:

“Qarabağda ermənilərin özlərinin bu qədər vəsaiti yox idi. Orada olan silahlara baxın və görəcəksiniz ki, hər bir raket, güllə Rusiyada istehsal edilib. Bunlar hamısı Rusiyanın hərbi ixracıdır, Abxaziya və Osetiyada da, bizdə də eyni vəziyyət hökm sürür. Bu suallara cavablar tapılmalıdır”.
konkret.az

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA