Ermənistanda ehtiyatda olan 70 həkim hərbi xidmətə ÇAĞIRILIR

Ermənistanda ehtiyatda olan 70 həkim hərbi xidmətə ÇAĞIRILIR


Ermənistan hakimiyyəti ehtiyatda olan 70 həkimi hərbi xidmətə çağırmaq niyyətindədir.

TTVXEBER.COM xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" məlumat yayıb.

Bildirilib ki, layihə Ədliyyə Nazirliyinin qanun layihələrinin elektron layihə portalında dərc olunub.

25 dekabr 2021-ci il tarixindən 25 fevral 2022-ci il tarixədək 35 yaşa qədər həkimlərin ikiillik xidmətə çağırılması nəzərdə tutulur. 


Həmin qərar layihəsində artıq xidmətini başa vurmuş həkimlərin də ordudan tərxis olunacağı bildirilir. 
Publika.az

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA