Ermənistan ÇALXALANIR: Paşinyanın əleyhinə MİTİNQLƏR başladı...

Ermənistan ÇALXALANIR: Paşinyanın əleyhinə MİTİNQLƏR başladı...


İrəvanın Azadlıq meydanında Ermənistanın ikinci prezidenti Robert Koçaryanın rəhbərlik etdiyi müxalif “Hayastan” blokunun mitinqi başlayıb.

TTVXEBER.COM-un “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, mitinq müharibəyə son qoyan üçtərəfli bəyanatın imzalanmasının ildönümünə həsr olunub.

Müxalifət müharibədəki məğlubiyyətə görə hakimiyyəti ittiham edir.

Mitinqdə Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri, “Vətən” partiyasının lideri Artur Vanetsyanın rəhbərlik etdiyi “Mənim şərəfim var” blokunun nümayəndələri də iştirak edir.

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA