Hacıbala Abutalıbovun vəziyyəti pisləşdi: Təcili Almaniyaya aparıldı

Hacıbala Abutalıbovun vəziyyəti pisləşdi: Təcili Almaniyaya aparıldı


Bakı şəhər İcra Hakimiyyətinin başçısı və Baş nazirin müavini vəzifələrində çalışmış Hacıbala Abutalıbovun səhhətində problem yaranıb.

TTVXEBER.COM-un məlumatına görə, H.Abutalıbov səhhətində yaranan problemə görə, Almaniyaya aparılıb.

Məsələ ilə bağlı H.Abutalıbovla əlaqə saxlanılıb və o, Almaniyada müalicə olunmaq üçün ölkəni tərk etdiyini təsdiqləyib:

“Səhhətimlə bağlı Almaniyada müayinələrə gəlmişəm. Şükürlər olsun ki, indi hər şey yaxşıdır. Yaxın günlərdə Bakıya qayıdacağam”.

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA