Hava Hücumundan Müdafiə bölmələri döyüş atışları keçirdi - VİDEO

Hava Hücumundan Müdafiə bölmələri döyüş atışları keçirdi - VİDEO

2021-ci il üçün döyüş hazırlığı planına əsasən Hava Hücumundan Müdafiə (HHM) bölmələrinin döyüş atışları keçirilib.

Bu barədə TTVXEBER.COM-a Müdafiə Nazirliyindən məlumat verilib.

Atışlarının əsas məqsədi şəxsi heyətin zenit qurğularından istifadəetmə bacarıqlarının təkmilləşdirilməsi və bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsidir.

Hava hücumundan müdafiə vasitələrinin döyüş heyətləri tərəfindən aşkar olunan şərti düşmən hava hədəflərinin praktiki atışlarla məhv edilməsi tapşırıqları peşəkarlıqla icra edilib.


SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA