Helikopter havaya qalxdıqdan neçə dəqiqə sonra qəza baş verib?

Helikopter havaya qalxdıqdan neçə dəqiqə sonra qəza baş verib?


“Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) Mi-17 tipli 20136 bort nömrəli helikopteri təlim məqsədilə Səngəçal aerodromundan saat 10:16-da havaya qalxaraq, “Qaraheybət” təlim meydanı istiqamətinə uçuş edib”.

TTVXEBER.COM xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev helikopterin qəzaya uğraması ilə əlaqədar bu gün təşkil olunan brifinqdə məlumat verib.

“Helikopter saat 10:36-da təlim meydanında təyin olunmuş meydançaya eniş edərkən qəzaya uğrayıb”, – E.Quliyev bildirib.

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA