İsrailli ekspertdən Bakıya çağırış: O, hər alçaqlığa qadirdir!

İsrailli ekspertdən Bakıya çağırış: O, hər alçaqlığa qadirdir!


Mən dəfələrlə demişəm ki, Ermənistan revanşizmlə yaşayan ölkədir. O, sakitləşməyəcək, sülh müqaviləsini imzalamayacaq, o, yalnız qan, münaqişənin davam etdirilməsi və dərinləşməsini istəyəcək. Bundan əlavə, o, Rusiyanın sülhməramlılarını da bu işə cəlb etməyə və Qarabağın itirilmiş torpaqlarını, heç olmasa, qismən də olsa, geri qaytarmağa çalışacaq.

TTVXEBER.COM xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında israilli ekspert, beynəlxalq hüquq və beynəlxalq siyasət üzrə mütəxəssis Mixail Finkel Ermənistanın bugünkü təxribatlarını şərh edərkən deyib.

Ekspert Ermənistanı başsız ilanla müqayisə edib:

“Bu ölkə başı kəsilmiş ilan kimidir və bu baş son nəfəsində belə öldürmək niyyətində olacaq. Azərbaycan tərəfi bu ilandan ehtiyatlı olmalıdır. Bir tərəfdən başı kəsildi, digər tərəfdən isə bu baş sancmağa və hər alçaqlıq etməyə qadirdir”.

Onun sözlərinə görə, Ermənistan bir il əvvəl imzaladığı üçtərəfli bəyanata əməl etməyib, Azərbaycanın həm hərbi, həm də mülki obyektlərinə atəş açmaqla özünü terrorçu təşkilat kimi aparır:

“Bizə, israillilərə bu mənzərə çox tanışdır. Bu barədə köhnə deyimimiz var: “Terrorçularla heç bir müqavilə imzalamaq mümkün deyil, çünki onlar ona riayət etməyəcəklər”.

Düşmənlə apardığı ədalətli müharibədə Azərbaycan xalqına sülh və uğurlar arzu edirəm”, – deyə Finkel vurğulayıb.

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA