Ermənistan KTMT-də heç bir dəyərə malik deyil - Siyasi şərhçi

Ermənistan KTMT-də heç bir dəyərə malik deyil - Siyasi şərhçi


İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT), ümumilikdə üzv ölkələrin ərazisinə (7 937 197 kv. km), əhalisinin sayına (488,405,949) və ÜDM-ə (6,3 trln ABŞ dolları) görə, dövlətlər və iqtisadi-siyasi təsisatlar arasında 3-6-cı sırada dayanır. Bu isə öz növbəsində nəqliyyat dəhlizlərinin diversifikasiyası, eneji, yük daşınmaları, kənd təssərrüfatı, sənaye və digər sahələrdə iqtisadi əlaqələrin inkişafı üçün geniş perspektivlər deməkdir. Azərbaycanın təşkilata üzv dövlətlərin əhəmiyyətli hissəsi ilə strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinə sahib olması, ölkəmizin bu təsisat daxilindəki imkanlarını daha da genişləndirir.

TTVXEBER.COM-un məlumatına görə, bu fikirləri Trend-ə açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, Azərbaycan üzv olduğu bütün beynəlxalq təsisatlardakı missiyasına böyük önəm verdiyi kimi, İƏT çərçivəsindəki fəaliyyətinə də məsuliyyətlə yanaşır, əsasən yaxın dostluq, ortaq mədəniyyət, dil, tarix, eləcə də ortaq mənəvi dəyərlərin birləşdirdiyi dövlətlərlə əməkdaşlığın inkişafına, o cümlədən İƏT-dəki iştirakına da yüksək məsuliyyətlə yanaşır və böyük önəm verir.

“Hesab edirəm ki, Azərbaycanın üzv olduğu və əsasən beynəlxalq hüququn norma və prinsiplərinə sayğıyla yanaşan, qlobal məsuliyyətini dərk edən, qarşılıqlı faydalı əməkdaşlığı prioritet sayan dövətlərdən təşkil olunmuş təsisatlara sədrliyi dönəmində və bütövlükdə bu təşkilatlarda fəaliyyətdə olduğu zaman kəsiyində, öz təşəbbüsləri və əməli addımları ilə sözügedən qurumların inkişafına böyük töhfələr verib. Azərbaycanın təkcə Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmayanlar Hərəkatı çərçivəsindəki fəaliyyətini, həmçinin təşəbbüslərini göz önünə gətirsək, ölkəmizin bu təşkilatların inkişafındakı rolunun nə qədər böyük əhəmiyyətə malik olduğunu müəyyənləşdirə bilərik”, – deyə E.Mirzəbəyli qeyd edib.

İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısının yekun Aşqabad Bəyannaməsində Azərbaycan xalqı və hökumətinə 30 illik işğala son qoyulması ilə bağlı ünvanlanan təbrik də, şübhəsiz ki, təsadüfi deyil. Bu ölkəmizin ölkəmizin beynəlxalq nüfuzuna, Azərbaycan xalqının mübarizə əzminə, Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasətinə, diplomatik məharətinə verilən yüksək dəyər, Azərbaycan dövlətinin beynəlxalq hüququn norma və prinisplərinə söykənən ədalətli mövqeyinin dəstəklənməsidir.

Azərbaycana təbrik ünvanlayan ölkələrdən üçünün Ermənistanın da təmsil olunduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olması isə Aşqabad Bəyannaməsində ərazi bütövlüyümüzün təmin edilməsi ilə bağlı yer alan məqamların əhəmiyyətini daha da artırır. Bu isə, şübhəsiz ki, Prezident İlham Əliyevin növbəti diplomatik uğuru və qələbəsidir.

Xatırladım ki, Prezident İlham Əliyevin KTMT üzvü olan dövlətlərlə qurduğu yüksək səviyyəli münasibətlər, hələ müharibə cinayətkarı Serj Sarkisyanın Ermənistana rəhbərlik etdiyi dönəmdə də, rəsmi İrəvanın sözügedən təşkilat daxilindəki pravokasiya xarakterli addımlarının qarşısını almış, ölkəmizlə olan ikitətəfli münasibətlərin üzv dövlətlər üçün Ermənistandan daha böyük əhəmiyyətə malik olduğu gerçəkliyini ortaya qoymuşdu. İƏT-də təmsil olunan KTMT üzvlərinin – Qazaxıstan, Qırğızıstan və Tacikistanın digər üzv dövlətlərlə birlikdə Azərbaycanı ərazi bütövlüyünün bərpası münasibətilə təbrik etmələri ölkəmizlə olan münasibətlərə verilən yüksək əhəmiyyətlə yanaşı, Ermənistana olan münasibəti də əks etdirir. Və bəlli olur ki, Ermənistan, hətta təmsil olunduğu hərbi-siyasi blokda da heç bir dəyərə malik deyil. Bu ölkə ilə normal müttəfiqlik münasibətləri qurmağın, yaxından əməkdaşlıq etməyin də faydası yoxdur. Ermənistandan hətta ən prinsipial dəstək qarşılığında belə prinsipial dəstək gözləməyə, müttəfiqlik münasibətlərinə sadiq qalacağına ümid bəsləməyə dəyməz. Qonşularına münasibətdə əsassız ərazi iddialarından əl çəkə bilməyən, dəfələrlə ovulsa da bölgədənkənar qüvvələrin Cənubi Qafqaza uzanan “burnu” funksiyasını yerinə yetirməkdən əl çəkə bilməyən Ermənistan, bəlkə də bəşər tarixinin ən sədaqətsiz təsisatlarından biridir.

Aşqabad Bəyannaməsində yer alan ən önəmli məqamlardan biri də, üzv ölkələrə Azərbaycanın azad edilmiş ərazilərinin qurulması və yenidənqurulma layihələrinə investisiya yatırmaq çağırışıdır. Bu çağırış eyni zamanda, İƏT-lə yanaşı KTMT üzvü olan ölkələrin də Azərbaycan ərazilərinin yenidən qurulması prosesində fəal iştirak edəcəklərini, həyata keçirilən və keçirilməsi nəzərdə tutulan layihələrə investisiya yatıracaqlarını ifadə edir. Yəni Ermənistanın de-yure hərbi-siyasi müttəfiqi olan dövlətlər bu varvar ölkənin Azərbaycan torpaqlarında misli görünməmiş vəhşiliklər törətdiyini rəsmən bəyan edir, bərpa, yenidənqurma prosesinə qatılmaqla erməni vandalizminə, vəhşiliyinə olan münasibətlərini dilə gətirirlər.

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA