Əliyev Soçidə daha bir MESAJ VERİB: “Regionda təhlükəsizlik bundan asılı olacaq”

Əliyev Soçidə daha bir MESAJ VERİB: “Regionda təhlükəsizlik bundan asılı olacaq”


“Liderlərin mətbuata bəyanatlarında şifahi razılaşmalar və mesajlar əksini tapıb. Və məlum olur ki, masada nəzəri cəhətdən müsbət nəticələr əldə olunub”.

TTVXEBER.COM xəbər verir ki, bu fikirləri Soçi görüşünü konkret.az-a şərh edən siyasi şərhçi Asif Nərimanlı səsləndirib. O görüşün nəticələri haqda belə proqnoz verib:

1. İlin sonuna kimi sərhədin delimitasiyası və demarkasiyası mexanizmləri yaradılacaq;

2. Görüşdə kommunikasiyaların bərpası ilə bağlı razılaşmanın detalları gələn həftə açıqlanacaq: Putin bildirir ki, “Gələn həftə, – bu, bizim növbəti razılaşmamızdır, – onlar müəyyən yekunlar vurmaq və bu gün razılaşdırdığımız və qəbul etdiyimiz qərarları elan etmək üçün Moskvada toplaşacaqlar”. Bu, görüşdə kommunikasiyanın açılması ilə bağlı razılaşmaların üçtərəfli bəynatda tam əksini tapmadığı deməkdir. Mümkündür ki, liderlər nəqliyyat xətlərinin açılması qrafikini müzakirə edib və müəyyən razılaşmalar var. İşçi Qrupu razılaşdırılmayan texniki məsələlərə yekun vurduqdan sonra qərar açıqlanacaq;

3. Əliyevin çıxışı göstərdi ki, Bakı və Moskva proseslərlə bağlı eyni mövqedədir. Azərbaycan prezidenti iki mesaj da verdi:



– Bakı Rusiyanın təşkil etdiyi formatdan kənara çıxmaq niyyətində deyil: bu, Qərbə üz tutan Paşinyanın mövqeyinin zəiflədilməsi məqsədi də daşıyırdı;

– Əliyev “düşünürəm ki, görüşümüzün yekununun nəticələri yaxşı olacaq, bu nəticələri çox gözləmək lazım gəlməyəcək, regionda vəziyyət daha təhlükəsiz və proqnozlaşdırılan olacaq” deyə bildirdi. Bu o deməkdir ki, Bakı görüşdə əldə olunan razılaşmaların icrasının uzadılmasını qəbul etməyəcək və Əliyev regionda təhlükəsizliyin bundan asılı olacağının mesajını verdi.

4. Ermənistan sərhədin delimitasiya və demarkasiyasına, eləcə də kommunikasiyaların açılmasına razılaşıb: Putinin nəqliyyat xətlərindən danışarkən “dəhliz” ifadəsinə üstünlük verməsi və Əliyevin xəbərdarlıq mesajı Paşinyanın Zəngəzur dəhlizi istəyinin qəbul edilmədiyi ehtimalını gücləndirir.

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA