Moskva metrosunda namaz qılan müsəlmanı görən yerli sakin tez polis çağırıb.
TTVXEBER.COM xəbər verir ki, hadisə Moskva metrosunda baş verib, namaz qılan müsəlmanı görən şəxs bu “qanunsuzluğun” qarçısını almaq üçün polisləri ayağa qaldırıb.
O, əvvəlcə polis bölməsinin qarşısında namaz qılan müsəlmanı lentə alıb, sonra da onun etdiyi bu “qanunsuz” əmələ polisin niyə reaksiya vermədiyinə hiddətlənib. Onun qəzəbinə mühafizəçilər cavab veriblər. Polislər metroda namaz qılmağın qanun pozuntusu olmadığını provokatora başa salmağa çalışıblar. Müsəlman şəxsin pis bir şey etmədiyini, sadəcə ibadət etdiyini izah ediblər.
Həmin görüntüləri təqdim edirik:
|
|
SAYTDA REKLAM YERLƏŞDİR
|
|