Oksana Şəhriyarla evliliyini niyə gizlədib? – Özü açıqladı

Oksana Şəhriyarla evliliyini niyə gizlədib? – Özü açıqladı


Aktrisa Oksana Rəsulova aparıcı-aktyor Şəhriyar Əbilovla evliliyini gizlətmə səbəbini açıqlayıb.

TTVXEBER.COM xəbər verir ki, o, bu barədə Ş.Əbilovla “Bu ana kimi” proqramında qonaq olarkən danışıb.

Rəsulova bildirib ki, şəxsi həyatı hər zaman gündəmdə olub və bu səbəbdən xoşbəxt şəkildə həyat yaşamayıb:

“Osman dünyaya gələndən onu heç yerdə göstərməmişdim. Çünki 16 ildir ki, övlad həsrətində yaşayan biri idim. Müalicələr və mücadilələrdən keçmişəm. Bu müddət ərzində həyatımda baş verən hər şeyi hamı bilib, lakin xoşbəxt olmamışam.

Bədbəxt də deyildim. Ən azından həyatda olmuşam, bunun özü də bir xoşbəxtlikdir. Amma sevgi və ailə baxımından özümü heç vaxt tam qadın kimi hiss etməmişdim. İstəmədim şəxsi həyatımla yenidən gündəmə gəlim və müzakirələrə səbəb olum”.

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA