Peskovdan Əliyev-Putin-Paşinyan görüşü barədə YENİ AÇIQLAMA

Peskovdan Əliyev-Putin-Paşinyan görüşü barədə YENİ AÇIQLAMA


“Rusiya Azərbaycanla Ermənistan arasındakı sərhəddəki mövcud vəziyyətlə bağlı tərəfləri təmkinli olmağa çağırır və üçtərəfli razılaşmaların icrasına tərəfdardır”.

TTVXEBER.COM xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Döyüşlərin yenidən başlaması ciddi narahatlıq doğursa da, Rusiyanın vasitəçiliyi sayəsində bunu dayandırmaq mümkün oldu. Rəsmi Moskva vasitəçilik səylərini davam etdirəcək. Məsələnin həlli yalnız Qarabağla bağlı ümumi razılaşmaları yerinə yetirməklə mümkündür”, – o deyib.

Kreml rəsmisi Rusiya, Azərbaycan, Ermənistan liderləri arasındakı görüşün zəruri olduğunu, amma bunun üçün bütün tərəflərin razılıq verməsinin vacibliyini söyləyib.

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA