Postcanyan ÇƏRƏNLƏDİ: "Türklərdən də, evlərindən də çox pis qoxu gəlir"

Postcanyan ÇƏRƏNLƏDİ: "Türklərdən də, evlərindən də çox pis qoxu gəlir"


“Türklərdən çox pis iy gəlir, evlərindən də pis qoxu gəlir”.

TTVXEBER.COM xəbər verir ki, bunu “Yerkir Çirani” partiyasının rəhbəri Zarui Postancyan bu gün parlamentdə “demarkasiya və delimitasiya problemi” mövzusunda dinləmələr zamanı deyib.

Ermənistan parlamentində irqçiliyin səviyyəsi ifrat dərəcədədir. Onlar özlərinin sivil xalq olduğunu deyirlər.

“Oturmaq üçün zaldan keçəndə dedilər ki, o tərəfə getmə, orada türklər oturub”, – Zarui Postancyan bildirib.

“Biz pis qoxunun kimdən gəldiyini bilirik, təbii ki, türklərdən. Türklərlə birlikdə yaşayanların çoxu mənzillərindən necə pis qoxunun gəldiyini bilirlər”, – deyə Postcanyan çərənləyib.

Belə çıxır ki, bizdən çox pis iy gəlirmiş… Atalar necə də yerində deyib: “Adımı sənə qoyum, səni də yana-yana”.
konkret.az

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA