Qarabağda yaşayan daha 3 erməni ailəsi kömək üçün Bakıya müraciət etdi

Qarabağda yaşayan daha 3 erməni ailəsi kömək üçün Bakıya müraciət etdi


Rus sülhməramlılarının müvəqqəti yerləşdiyi Qarabağ ərazisində yaşayan 3 erməni ailəsi böğlgədə xidmət edən Azərbaycan Ordusunun nümayəndələrinə pənah gətirib.


TTVXEBER.COM xəbər verir ki, bu barədə JAMAZ.İNFO-ya hərbi mənbələrdən məlumat daxil olub.

Məlumatda deyilir ki, sözügedən 3 erməni ailəsi son iki gündə işğaldan azad edilmiş ərazilərimizə keçiblər. Onlardan biri Şuşa, digər ikisi isə Xocavənd rayonu istiqamətində təmas xəttini keçərək, əsgərlərimizdən kömək istəyiblər.

Mənbə bildirir ki, aralarında 4 uşaq olan ailələr Azərbaycan tərəfindən kömək istəyiblər. Onlar acınacaqlı vəziyyətdə yaşadıqlarını, ərzaqlarının olmadığını, işsiz olduqlarını bildiriblər. Və rəsmi Bakıdan onlara köməklik göstərilməsini xahiş ediblər.

Məlumatda deyilir ki, hər üç ailə Azərbaycan vətəndaşlığını qəbul etməyə hazır olduqlarını da bəyan ediblər.

Bildirək ki, Azərbaycan Ordusunun bölgədəki rəsmiləri bu barədə təkbaşına qərar vermək səlahiyyətlərinin olmadığını desələr də, onların xahişlərini rəsmi qurumlara çatdıracaqlarına söz veriblər.

Qeyd edək ki, Qarabağdakı ermənilərin Azərbaycan hökumətindən kömək istəməsi halları ilk deyil. İndiyə qədər bir neçə dəfə belə hallar yaşanıb. Hələ bir müddət əvvəl Xocavənd sakini olan 4 uşaq anası erməni qadın Şuşa istiqamətində Azərbaycan rəsmilərindən kömək üçün təmas xəttini keçmişdi. Həmin vaxt rus sülhməramlıları onları geri qaytarmışdı.

Bundan başaqa, Azərbaycan prezidenti İlham Əliyev də açıqlamalarının birində bu faktların çoxluq təşkil etdiyini vurğulayaraq, məsələdən xəbərdar olduğunu bildirmişdi. Dövlət başçısı demişdi ki, Qarabağda yaşayan ermənilərə bütün yardımları etməyə hazırdırlar. Lakin bunun üçün onların Azərbaycan vətəndaşlığını qəbul etməsi lazımdır.

Görünür, Qarabağda yaşayan ermənilərin durumu olduqca acınacaqlıdır. Əks təqdirdə, Azərbaycan tərəfindən yardım istəməzdilər.

Məsələ ilə bağlı rəsmi qurumlardan münasibət öyrənmək mümkün olmayıb.

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA