Qarabağdan əl çəkməyən Rusiyadır: Zorla həm Ermənistanı, həm də Azərbaycanı...

Qarabağdan əl çəkməyən Rusiyadır: Zorla həm Ermənistanı, həm də Azərbaycanı...


“28 ildən sonra sülhyaratma adıyla Qarabağa yerləşdirilən rus kontingentin özbaşınalığı davam edir”.

Məlum olduğu kimi, ötən gün rus sülhməramlıların Qarabağdakı hərbi düşərgəsinin ərazisində Rusiyanın bəzi görkəmli xadimlərinin büstlərinin qoyulduğu “Rusiya Şöhrət xiyabanı” açılıb. Xocalıda keçirilən bu tədbir haqlı olaraq hər kəsin dərin hiddətinə səbəb olub.

TTVXEBER.COM xəbər verir ki, AY Partiya başqanı Anar Əsədli Azərbaycan ərazisində rus kontingentin növbəti özbaşınalığına kəskin münasibətini bildirib: “Əslində Rusiyanın yüz illərdən bəri davam edən imperiya siyasətinin mahiyyətinin bu gün də dəyişilmədiyi açıq şəkildə ortadadır.

Rusiya imperiyasının qonşu ölkələri nəzarətdə saxlamaq kimi mürtəce niyyətə sahib olması da son addımı ilə öz mənfur “ənənəsi”nə sadiq qaldığını bir daha sübut edir.

Azərbaycan xalqının 30 ildən sonra böyük mətinlik və qəhrəmanlıqla savaşaraq, erməni işğalçılardan təmizlədiyi Qarabağ torpaqlarının azad olunmuş ərazilərindəki son hərəkəti ilə bu torpaqlardan çıxmaq niyyətində olmadıqlarını nümayiş etdirirlər. Rusiya hər bir azərbaycanlının həssas və qəzəb nöqtəsi olan Xocalıda özü üçün “Şöhrət xiyabanı” yaradırsa, bu, bizim növbəti faciələrimizin başlanğıcı ola bilər. Və sözsüz ki, çox ciddi təzyiq və müqavimət olmasa, o, öz siyasətindən geri durana oxşamır. Ona görə dövlət və xalq olaraq bu barədə ciddi düşünməliyik. Ən başlıcası xalqın demokratik və sivil yolla müqaviməti təşkil edilməlidir”.

A.Əsədlinin fikrincə, əslində status Paşinyanı maraqlandırmır, o, Ermənistanı və öz hakimiyyətini düşünür: “Qarabağdan əl çəkməyən Rusiyadı. Zorla həm Ermənistanı, həm də Azərbaycanı özünün yaratdığı münaqişənin içinə çəkir”.

“Hakimiyyətin yüksək səviyyədə bu olaylara təpki verməməsi də çox düşündürücüdür”.

Partiya lideri hesab edir ki, “razılaşmanın formatına uyğun olaraq, işçi qrupumuz tezliklə türk müşahidəçiləri ilə birgə bu məsələni Rusiya tərəfinə kəskin xəbərdarlıq ismarıcı ilə bildirməlidir. Yoxsa nəzarətimizdə olmayan Qarabağ ərazisi Abxaziya və Cənubi Osetiya kimi Rusiyanın təsir və maraq dairəsinə düşəcək. Bunu isə şəhidlərimizin ruhu bizə bağışlamaz”.
konkret.az

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA