Soçidə kritik görüş: “Nə qədər çətin olsa da...” - Putin Mahmud Abbasa vəd verdi

Soçidə kritik görüş: “Nə qədər çətin olsa da...” - Putin Mahmud Abbasa vəd verdi


Rusiya Prezidenti Vladimir Putin və Fələstin lideri Mahmud Abbas Soçi şəhərində görüşüb.

TTVXEBER.COM xəbər verir ki, Putin Abbasla görüşündə verdiyi açıqlamada Fələstin xalqının durumundan xəbərdar olduğunu bildirib.

Xarici ölkələrin təzyiqləri və bölgədəki gərgin vəziyyətin, eləcə də koronavirus pandemiyasının da bu şərtlərə təsir etdiyini bildirən Putin Rusiyanın COVID-19-la mübarizədə Fələstinə kömək etdiyini söyləyib.

O, Rusiyanın Fələstin probleminin həlli ilə bağlı yanaşmasında heç bir dəyişiklik olmadığını deyib:

“Fələstin problemi BMT Təhlükəsizlik Şurasının qərarlarına uyğun olaraq bu ölkədə yaşayan bütün insanların maraqlarını nəzərə alınmaqla iki müstəqil dövlət prinsipi əsasında ədalətli həll edilməlidir. Nə qədər çətin olsa da, bu məqsədə doğru çalışacağıq”. Mahmud Abbas dəvəti üçün Putinə təşəkkür edib: “Fələstinlilərə münasibətinizi həmişə yüksək qiymətləndiririk”.
/teleqraf/

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA