Sürücülərə ŞAD XƏBƏR: Hibrid avtomobillərin qiyməti bu qədər azalacaq - AÇIQLAMA

Sürücülərə ŞAD XƏBƏR: Hibrid avtomobillərin qiyməti bu qədər azalacaq - AÇIQLAMA


“Gələn ildən “Vergi Məcəlləsinə” ediləcək dəyişikliklərdən biri də istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışının növbəti 3 ildə Əlavə Dəyər Vergisindən (ƏDV) azad edilməsidir. Dəyişikliklərə əsasən yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı və satışı da ƏDV-dən azad ediləcək”.

TTVXEBER.COM xəbər verir ki, bu barədə konkret.az-a açıqlamasında millət vəkili Vüqar Bayramov fikir səsləndirib. O bildirib ki, həmçinin elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı da 3 il müddətinə sözügedən vergidən azad olunur: “Gözlənilir ki, sözügedən dəyişikliklərdən sonra istehsal ili köhnə olmayan hibrid avtomobillərin qiymətində azalamlar müşahidə ediləcək. Belə ki, ƏDV-dən azad olmaq, onların xərcinin orta hesabla 18 faiz azalması ilə nəticələnəcək”.



Vüqar Bayramov əlavə edib ki, hazırda Yaponiya istehsalı olan hibrid avtomobillərdən daha çox istifadə olunduğunu nəzərə alsaq həmin maşınların qiymətlərində azalmaların olacağı qaçılmazdır: “Söhbət təbii ki, son 3 ildə istehsal olunan avtomobillərdən gedir. Digər tərəfdən, son dəyişikliklərin qəbul olunması hibrid avtomobillərə də tələbin artmasına gətirib çıxaracaq. Elektrik mühərrikli avtomobillərin də vergidən azad olunması müsbət haldır. Bu, ölkəmizdə həmin avtomobillərdən istifadəyə marağı artıra bilər.

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA