Tibbi xidmətlərə görə ödənilən ƏDV-ni geri ALACAQSINIZ - VAXT AÇIQLANDI

Tibbi xidmətlərə görə ödənilən ƏDV-ni geri ALACAQSINIZ - VAXT AÇIQLANDI


Gələn ildən tibbi xidmətlərə görə ödənilən əlavə dəyər vergisini (ƏDV) geri almaq mümkün olacaq.

TTVXEBER.COM xəbər verir ki, bununla bağölı Vergi Məcəlləsinə dəyişiklik təklif olunur.

Bundan əlavə, avtomobillər, alkoqollu içkilər və tütün məmulatlarına ödənilən ƏDV geri alınmayacaq.

Belə ki, 165.5-ci maddəyə təklif edilən dəyişikliyə görə, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları, istisna olmaqla) habelə tibbi xidmətlərin göstərilməsinə görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizini təşkil edir. Ödənilmiş ƏDV-nin bu maddə ilə müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki bu Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir.
konkret.az

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA