“Qardaşımız Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi bölgədə inkişafın və rifahın da önünü açıb”.
TTVXEBER.COM-un məlumatına görə, bunu bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə toplantısında çıxışında bildirib.
Türkiyə Prezidenti deyib ki, Azərbaycanın atdığı addımlar bölgədə vəziyyətin normallaşmasını dəstəkləyir: “Türkiyə Azərbaycanın yanında olmağa davam edəcək. Bu baxımdan İqtisadi Əməkdaşlıq Təşkilatı olaraq da Azərbaycanın yanında olmağımız böyük əhəmiyyət kəsb edir”.
|
|
SAYTDA REKLAM YERLƏŞDİR
|
|