Zakir Həsənov Azərbaycan Ordusuna göstəriş verdi: "Hər an hazır olun!"

Zakir Həsənov Azərbaycan Ordusuna göstəriş verdi: "Hər an hazır olun!"


Hərbi qulluqçuların peşəkarlıq səviyyələrinin daha da yüksəldilməsində Türkiyə Silahlı Qüvvələrinin təcrübəsinə əsaslanan “Komando hazırlığı” kurslarının xüsusi əhəmiyyəti var.

TTVXEBER.COM xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov yeni yaradılan əməliyyat (komando) hərbi hissəsində şəxsi heyətə beretlərin təqdim edilməsi mərasimində deyib.

Müdafiə naziri şəxsi heyətə Silahlı Qüvvələrin Ali Baş Komandanının yeni döyüş tapşırıqlarının icrasına hər an hazır olmaları barədə müvafiq göstərişlər verib.

General-polkovnik Z.Həsənov Azərbaycan Ordusunun hərbi qulluqçularının, eləcə də hərbi hissənin şəxsi heyətinin Vətən müharibəsində göstərdikləri şücaət və qəhrəmanlıqları yüksək qiymətləndirdiyini bildirib.


SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA