Zəfər Günü bu yollar bağlı olacaq - Siyahı

Zəfər Günü bu yollar bağlı olacaq - Siyahı


8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək tədbirlərlə əlaqədar təhlükəsizliyi təmin etmək məqsədilə bəzi küçə və prospektlərdə bütün növ nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

TTVXEBER.COM xəbər verir ki, Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsindən “Qafqazinfo”ya məlumat verilib

Məhdudiyyət noyabrın 8-də paytaxt ərazisində keçiriləcək tədbirlə əlaqədar saat 07:00-dan tədbir başa çatana qədər nəzərdə tutulub.

Yürüş Bayraq Meydanından başlayaraq şəhərin mərkəzinə doğru “Zəfər Parkı”na qədər nəzərdə tutulub.

Tədbirlə əlaqədar “Azneft” dairəsi, Neftçilər prospekti, Kövkəb Səfərəliyeva, Azadlıq, Bülbül, Rəsul Rza, Yusif Səfərov, İstiqlaliyyət küçələri istiqamətində Ağ Şəhər Bulvarı olmaqla avtomobillərin hərəkət istiqamətləri dəyişdirilir. Bundan başqa, avtomobillərin 20-ci Sahə dairəsində şəhər istiqamətinə gəlməsi, Bayıl qəsəbəsi daxili küçələri ilə hərəkət Mehdi Hüseyn, Teymur Elçin küçələri ilə Parlament prospektinə çıxış nəzərdə tutulub.

Avtomobil sürücülərinin nəzərinə çatdırılır ki, qeyd olunan istiqamətlərə, paralel və bitişik küçələrdə bütün növ nəqliyyat vasitələri üçün məhdudlaşdırılır. Vətəndaşlardan şəxsi minik vasitələrindən istifadə etməmələri xahiş olunur.

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA