Azərbaycanda “Omikron” aşkarlanarsa... - İnfeksionist

Azərbaycanda “Omikron” aşkarlanarsa... - İnfeksionist


Hazırda Azərbaycanda epidemioloji vəziyyət sabitdir. Əgər COVID-19-un “Omikron” variantı ölkəmizdə yayılmasa, mövcud durum olduğu kimi davam edəcək. Ancaq yeni ştam buraya da gəlsə, vəziyyət yenidən dəyişəcək.

TTVXEBER.COM xəbər verir ki, bu sözləri publika.az-a açıqlamasında infeksionist-hepatoloq Mərdan Əliyev deyib.

M.Əliyev qeyd edib ki, “Omikron” variantının daha çox yoluxuculuq xüsusiyyətinə malik olduğu bildirilir: “Hazırda bu ştamın klinik sınaqları tam başa çatmayıb, yoluxma indeksinin nə qədər olduğu müəyyən olunmayıb. Ancaq Cənubi Afrikada tapılandan sonra Avropada da bu variantın aşkar olunması göstərir ki, yoluxma qabiliyyəti həddindən artıq yüksəkdir. Həm də bu tip viruslar mutasiyaya uğramaq qabiliyyətinə malikdir. Əgər Azərbaycanda da “Omikron” aşkarlanarsa, yoluxma sürətlə artacaq və dominant olacaq. Buna görə də yenidən ölkəmizdə yoluxma sayı arta bilər”.



Həkim bildirib ki, yeni variantın ölkəmizdə yayılmasının qarşısını almaq üçün xarici ölkələrdən ölkəmizə səfər edənləri ciddi yoxlamağa ehtiyac var: “Məlum olunmalıdır ki, əgər şəxs virusa yoluxubsa, bu, hansı variantdır və karantin qaydasına uyğun olaraq 2 həftəlik müddətinə nəzarət altında saxlanmalıdır. Düzdür, hələ ki, ölkəmizdə “Omikron” variantı aşkarlanmayıb. Azərbaycanda yayılması ancaq xarici ölkələrlə əlaqə sayəsində ola bilər. Buna görə də sərhəd-keçid məntəqələrində nəzarət gücləndirilməlidir”.

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA