Azərbaycanda sürücü polisi vurub qaçdı, həbs edildi - ANBAAN VİDEO

Azərbaycanda sürücü polisi vurub qaçdı, həbs edildi - ANBAAN VİDEO

Sosial şəbəkələrdə yayılmış görüntülərin təfərrüatı məlum olub.

TTVXEBER.COM xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə Göygöl rayonunda qeydə alınıb.

Belə ki, yol polisi sürücü Hüseynov Rauf Bəkir oğluna “saxla” əmri verib. Lakin sürücü əmrə tabe olmayıb, polis əməkdaşını idarə etdiyi avtomobil ilə vuraraq hadisə yerindən qaçıb.

İnsidentdən dərhal sonra əməliyyat-axtarış tədbirlərinə başlanılıb və sürücünün şəxsiyyəti müəyyən edilib.

Sürücü polis əməkdaşları tərəfindən saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Məhkəmənin qərarı ilə sürücü barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, bu hadisə də onu göstərir ki, dövlət qurumlarının əməkdaşlarına qarşı bu cür hərəkətlərə yol vermək olmaz. Əks halda, həmin şəxslər qanun qarşısında cavab verib cəzalandırılacaqlar.


SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA