Azərbaycanda yanan evin altından görün NƏLƏR ÇIXDI - FOTO

Azərbaycanda yanan evin altından görün NƏLƏR ÇIXDI - FOTO

Bir neçə gün əvvəl Qax rayonu Oncallı kəndində baş verən yanğınla bağlı maraqlı məlumat yayılıb.

TTVXEBER.COM xəbər verir ki, yanan evin söküntüsündən sonra ortaya çıxanlar hər kəsi dəhşətə gətirib. Belə ki, dekabrın 10-da sözügedən ev sökülüb və evin altından çoxlu ilanlar çıxıb.

Hadisə şahidlərinin Lent.az-a verdiyi məlumata görə, ilanların sayı o qədər çox olub ki, sanki yerdən ilan “qaynayıb”.

Qeyd edək ki, dekabrın 7-də Qax rayonunun Oncallı kəndində ümumi sahəsi 140 m² olan (hər mərtəbəsi 70 m²) ikimərtəbəli evin ikinci mərtəbəsində 3 otağın yanar konstruksiyaları və dam örtüyü yanıb.
konkret.az


SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA