Ermənistanın məkrli strategiyası - Sərhədə qüvvə cəlb etmək İSTƏYİR

Ermənistanın məkrli strategiyası - Sərhədə qüvvə cəlb etmək İSTƏYİR

Soçi görüşündə əldə edilən razılıqdan və Azərbaycan tərəfinin dəfələrlə etdiyi xəbərdarlıqlara baxmayaraq, Ermənistan hələ də atəşkəs rejimini pozmaqda davam edir. Ermənistanın yürütdüyü siyasət, atdığı addımlar üçtərəfli görüşdə qəbul olunan bəyannamənin şərtlərinə birməmanlı olaraq, ziddir.

Maraqlıdır, Ermənistanın etdiyi təxribatların əsas məqsədir nədir? Belə etməklə nəyə nail olmaq istəyirlər?

TTVXEBER.COM-un məlumatına görə, sabiq xarici işlər naziri Tofiq Zülfüqarov məsələni modern.az-a şərh edərkən bildirib ki, Ermənistanın təxribat törətməklə sərhəd zonasına yeni qüvvələr cəlb etmək istəyir:

“Ermənistanın taktikası ondan ibarətdir ki, gərginliyi saxlamaqla sərhəd zonasına hansısa qüvvələr cəlb etsinlər. İstəyirlər ki, siyasətlərini daha təhlükəsiz formada həyata keçirsinlər. Azərbaycan ordusundan qat-qat zəif olduqları üçün narahatdırlar”.

Sabiq nazir Ermənistanın təxribat törətməklə bir növ Rusiyanı hədələdiyini vurğulayıb:

“Paşinyan ordusuna nisbətən nəzarət edə bilir. Amma ümumi strategiya baxımından sərhədi müdafiə etmək üçün çoxdan qərara gəliblər ki, etibarlılığı almaq üçün ora xarici qüvvələr yerləşdirilməlidir. Bu baxımdan onlar bu istiqamətdə təxribatlar törədirlər.

Digər tərəfdən isə onlar bir növ Rusiyanı da sınaqdan keçirməsi kimi proses baş verir. Yəni onlar demək istəyirlər ki, Rusiya bizə kömək etməsə, biz gedib Qərb yönlü siyasəti həyata keçirəcəyik. Bir sözlə Ermənilərin strategiyası hiyləgər, provakasiya əsasında qurulüb”.

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA